UEFA Avro 1996

UEFA Avro 1996
51°33′02″ şm. e. 0°16′28″ q. u.
Yarış məlumatları
Ev sahibi İngiltərə İngiltərə
Tarix 8-30 iyun 1992
Başlama tarixi 8 iyun 1996
Bitmə tarixi 30 iyun 1996
Komanda sayı 16
Stadion sayı Uembli (London), Old Trafford (Mançester), Enfild (Liverpul), Villa Park (Birminhem), Elland Roud (Lids), Hillsboro (Şeffild), Sent-Ceyms Park (Nyukasl), Siti Qraund (Nottingem)
Yekun nəticəsi
Çempion  Almaniya
İkinci  Çexiya
Üçüncü yer  İngiltərə
 Fransa
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 64 (matç başına: 2.06)
Tamaşaçı sayı 1275857 (matç başına: 41157)
Mükafat sahibləri
Bombardir(lər) İngiltərə Alan Şirer (5 qol)
Ən yaxşı oyunçu Almaniya Matias Zammer
1992
2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı.

İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır.

Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur.

Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur. Bu, Almaniya yığmasının Avropa çempionatları tarixində üçüncü uğuru idi.

Çempionatın rəsmi himni Simple Red qrupunun "We're in This Together" mahnısı olmuşdur. We're in This TogetherYouTube platformasında


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy